“Azərişıq”ın əməkdaşı dirəkdən yıxılıb öldü
20 İyul 2023 09:55 HadisəAzərişıq ASC-nin əməkdaşı dirəkdən yıxılaraq ölüb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, Balakən şəhər sakini, 1961-ci il təvəllüdlü Ömər Şərəfəddin oğlu Ustayev işıq dirəyindən yıxılaraq çoxsaylı sınıq xəsarətləri alıb.
O, xəstəxanaya yerləşdirilib tibbi yardım göstərilsə də, aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölən şəxs Azərişıq ASC-nin əməkdaşı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31