Yanan evin içindən avtomat kalaşnikov çıxdı
19 İyul 2023 21:20 HadisəBiləsuvar rayonunda yanğın qeydə alınıb. Yanğın baş verən evdən avtomat tapılıb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Eldəniz Mehdiyevə məxsus evdə yanğın başlayıb. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, xəsarət alan və ya yaralanan olmasa da, ev yararsız hala düşüb.
Hadisə baş verən evdə yanğınsöndürənlər tərəfindən avtomat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31