Xocalıda “Shacman” su arxına aşıb, ölən var
19 İyul 2023 16:53 HadisəXocalı rayonunda avtomobil su arxına aşıb, ölən var.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 18-də saat 22 radələrində rayonun Baharlı kəndi ərazisində Füzuli rayon sakini S.Dərgahov idarə etdiyi "Shacman" markalı avtomobili su arxına aşırıb. Nəticədə avtomobildəki sərnişin S.Ağayev hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31