Bakıda məşhur kompleksdə 4 yaşlı uşaq faciəvi şəkildə vəfat etdi

Olaylar.az lent.az-a istinadən bildirir ki, hadisə "MEGACITY" Fitness və Spa mərkəzində qeydə alınıb.

Yasamal rayon sakini, 2019-cü il təvəlüdlü Gülay Məmmədli dünən axşam saatlarında kompleksin hovuzunda boğulub.

Azyaşlı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31