Xəzər dənizində daha bir zəlzələ oldu

Xəzər dənizində daha bir zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 13:19-da Xəzər dənizində (Dağıstan ərazisində) zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.3, dərinliyi 66 km olub.

Qeyd edək ki, bundan əvvəl yerli vaxtla saat 10:31-də Xəzər dənizində (Türkmənistan ilə sərhəddə) zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.5, dərinliyi 63 km olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31