Səhər saatlarında DƏHŞƏTLİ XƏBƏR - ÖLƏN VAR
14 İyul 2023 12:18 HadisəGoranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Olaylar.az Referans.az-a istinadənxəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.
VAZ-21012 markalı minik avtomobilinin aşması nəticəsində 1990-cı təvəllüdlü Raul Süliddin oğlu Məmmədov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı 1992-ci il təvəllüdlü Aynənsə Oktay qızı Məmmədova və 2013-cü il təvəllüdlü övladı M.R. müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31