Şəmkirdə evdə partlayış olub, xəsarət alan var
11 İyul 2023 22:28 HadisəŞəmkir rayonunun Nərimanlı kəndində fərdi evdə qaz sızmasından partlayış olub, xəsarət alan var.
Olaylar.az sfera-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1981-ci il təvəllüdlü Ərşad Bəndəliyev müxtəlif xəsarətlər alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31