İsmayıllıda ağır qəza: ölən və yaralılar var
11 İyul 2023 11:02 Hadisəİsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb. İlkin məlumata əsasən avtomobil idarəetməni itirib və dərəyə aşıb. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Kürdmaşı kənd sakini Babayev Samir Yusif oğlu dünyasını dəyişib, Göyçay sakini 1987-ci il təvəllüdlü Həsənov Tərlan İmran oğlu və 1982-ci il təvəllüdlü Ağayev Variz Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırıblar. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31