Cəlilabadda taxıl sahələri yanıb - FOTO
10 İyul 2023 21:12 HadisəCəlilabadda taxıl sahələri yanıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Abdullu kəndi ərazisində biçilmiş taxıl sahələrində qeydə alınıb.
İlkin məlumata görə, kəndin 3 sakininə məxsus sahədə 3 hektar ərazi yanıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.





Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31