Keçmiş məhkum polis binasının yanında özünü yandırdı
10 İyul 2023 10:38 HadisəSumqayıt şəhərində 1981-ci il təvəllüdlü Elşən Babagül oğlu Mahmudovun gecə saatlarında intihara cəhd etməsi ilə bağlı polisə məlumat daxil olub.
Olaylar.az bildirir ki, əvvəllər Cinayət Məcəlləsinin 128, 180, 296-cı maddələri məhkum olunan şəxs yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra polis bölməsinin inzibati binasının yanında üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. O, dərhal xəstəxanaya çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq səhər saatlarında orada ölüb.
E.Mahmudovun polis orqanlarına hər hansı müraciəti olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31