Gəncədə metal toplayan kişinin üzərinə beton aşdı
8 İyul 2023 11:39 HadisəGəncədə 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Olaylar.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin "Çay qırağı" deyilən ərazidə baş verib.
Belə ki, satmaq məqsədi ilə metal yığan 33 yaşlı R.Heydərov dəmir parçasını götürmək istəyən zaman beton parçası onun üzərinə aşıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31