Metronun “Əhmədli” stansiyasında nə baş verib? - İnsidentin TƏFƏRRÜATI

Sosial şəbəkələrdə Bakı metrosunun "Əhmədli" stansiyasında polislə sərnişinlər arasında insident yaşandığı görüntüləri yayılıb.

Sərnişinlər tərəfindən qeydə alınan kadrlarda bir neçə şəxsin polis tərəfindən saxlanıldığı görünür.

Olaylar.az xəbər verir ki, hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyindən verilən məlumata görə, insident iyulun 5-də metronun "Əhmədli" stansiyasında qeydə alınıb.

"Belə ki, polis əməkdaşları təhlükəsizlik qaydalarına uyğun olaraq, iki qadın sərnişindən əl çantalarını xüsusi yoxlama aparatına yerləşdirməyi tələb ediblər. Onlar isə polisin qanuni tələbinə tabe olmaq istəməyərək, qışqırmaqla ictimai asayişi pozmağa cəhd ediblər. Daha sonra hadisə yerinə qadınların qohumları yaxınlaşaraq, polisə müqavimət göstərməyə çalışıblar. İctimai qaydanı pozan və polisin qanuni tələbinə tabe olmayan şəxslər saxlanılıblar. Onlar barəsində inzibati protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib", - deyə nazirliyin məlumatında vurğulanıb.

Sosial şəbəkələrdə yayılan görüntüləri təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31