Şəmkir su anbarında batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib - VİDEO (YENİLƏNİB)
1 İyul 2023 18:57 HadisəFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir su anbarında 1 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Olaylar.az xəbər verir ki, nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1993-cü il təvəllüdlü Nəsibov Əli Vaqif oğlu "Şəmkir" dalğıc-axtarış qurupunun dalğıcları tərəfindən xilas edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31