İsmayıllıda güclü sel - Lahıc yolu bağlandı - VİDEO

İsmayıllıda bu gün yağan güclü yağış sel gətirib.

Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sel rayonun bir neçə kəndində və Lahıc qəsəbəsində fəsadlara səbəb olub.

Hadisə nəticəsində təsərrüfatlar dağılıb, o cümlədən bir neçə iri və xırdabuynuzlu heyvanlar tələf olub.

Bundan başqa İsmayıllı-Lahıc yolu bağlanıb.

Hazırda yolda hərəkətin bərpası istiqamətində işlər aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31