5 yaşlı uşağı maşın vurub öldürdü
25 İyun 2023 11:02 HadisəSabunçu rayonunda ölümlə nəticələnən qəza baş verib.
Olaylar.az xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Qocayev Tərxan Elşən oğlu idarə etdiyi "Opel Astra" markalı avtomobillə yolun hərəkət istiqamətinə qaçmış 5 yaşlı İsmayılova Nurcan Hümbət qızını vurub. Nəticədə N.İsmayılova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31