Buzovnada dənizdə batan gənclərin meyitləri tapıldı

Buzovnada dənizdə batan gənclərin meyitləri tapılıb.

Olaylar.az "Qafqazinfo"ya istinadən bildirir ki, 23 yaşlı İsgəndər Əhmədov və 22 yaşlı Samir Əhədlinin meyitləri FHN xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Zərdab rayonunun Gəlmə kənd sakini olan S.Əhədli tələbə olub. O, Azərbaycan Texniki Universitetində təhsil alırmış.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31