Varşavada soydaşımızın meyiti tapıldı
22 İyun 2023 14:23 HadisəVarşava şəhərində yaşayan azərbaycanlı Yusif Həsənovun meyiti tapılıb.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, soydaşımızın meyiti göldən tapılıb:
"Əfsuslar olsun ki, soydaşımızın göldən cəsədi tapıldı. Yaxınlarına və ailə üzvlərinə başsağlığı veririk".
Qeyd edək ki, Y.Həsənov itkin kimi axtarılırmış.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31