Abşeronda qətlə yetirilən qadın BDU-nun tələbəsidir - FOTO
21 İyun 2023 23:50 HadisəBakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin III kurs tələbəsi Leyla Hüseynli və körpəsi vəhşicəsinə qətlə yetirilib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə BDU məlumat yayıb.
Qeyd olunub ki, universitet kollektivi bu ağır cinayətdən kədərləndiyini bildirir, cinayətkarın layiq olduğu cəzanı alacağına inanır. Leyla Hüseynli intizamlı, fəal tələbə kimi tanınıb, yüksək akademik göstəriciləri olub.
Allah rəhmət eləsin!


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31