Naxçıvanda taxıl zəmisi yanıb - FOTO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Böyükdüz kəndi ərazisində taxıl zəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Olaylar.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, dərhal əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində taxıl zəmisində baş vermiş yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və ətraf sahələrə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində ümumi sahəsi təxminən 4 hektar olan taxıl zəmisinin 0,5 hektar biçilmiş və 0,3 hektar biçilməmiş hissəsi yanıb.

Zəminin böyük hissəsi və bitişik sahələr yanğından mühafizə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31