Astarada dəhşət - Üzünü "laqonda" kəsən kişi öldü
19 İyun 2023 15:59 HadisəAstarada üzünü "laqonda" kəsən kişi ölüb.
Bu barədə Olaylar.az -a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, iyunun 16-sı saat 09 radələrində 1961-ci il təvəllüdlü Firudin Zeynalov Astara rayonun Pensər kəndindəki mağazalardan birinin həyətində diskli kəsici alətlə ("laqonda") işləyərkən val yerindən çıxaraq sifət nahiyəsini kəsib və nəticəsində o, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31