Bakıda 19 yaşlı sürücü qadını vuraraq öldürüb
17 İyun 2023 10:32 HadisəBakıda 19 yaşlı sürücü piyadanı vuraraq öldürüb
Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Hüseynov Cafar Faiq oğlu "Hyundai İX 35" markalı avtomobillə Xəzər rayonu, Zaqulba prospektində mərkəz istiqamətində hərəkətdə olarkən piyada 1964-cü il təvəllüdlü, Bakı şəhər sakini Cabarova Şahsənəm Əli qızını vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər rayon polis idarəsinin İstintaq şöbəsində cinayət işi başlanaraq istintaq aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31