Laçında ağır qəza: 1 nəfər öldü
16 İyun 2023 10:21 HadisəLaçın-Zabux yolunun 2-ci km-də qəza baş verib.
Olaylar.az bildirir ki, qəza zamanı "MAN" markalı nəqliyyat vasitəsinin sürücüsü Fərman Hüseynov idarəetməni itirərək qarşıdan gələn Elman Qarayevin idarə etdiyi "MAN" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hər iki nəqliyyat vasitəsinin sürücüləri müxtəlif dərəcələi bədən xəsarətləri alıblar, tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılarkən Fərman Hüseynov yolda ölüb.
Faktla bağlı cinayət işi başladılıb, araşdırma aparılır.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31