Təkər partladı: şirkət əməkdaşı qolunu itirdi
13 İyun 2023 13:25 Hadisəİmişlidə karxanada maşının təkəri partlayıb, şirkət əməkdaşı sol qolunu itirib.
Bu barədə Olaylar.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 12-si saat 17 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən Türkaz MMC-yə məxsus qum-çınqıl karxanasında təmirçi işləyən 1990-cı il təvəllüdlü İlqar Qurbanov iş yerində təmir etdiyi nəqliyyat vasitəsinin təkərinin partlaması nəticəsində sol qolunu itirib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31