İmişli sakini özünü elektrik dirəyindən asdı

İmişlidə intihar hadisəsi baş verib.

Trend xəbər verir ki, ötən gün axşam saatlarında 1986-cı il təvəllüdlü Hacıyev Xəyal İlham oğlu Qaralar kəndində yerləşən əkin sahəsində özünü öldürüb. Onun meyiti sahədən keçən elektrik dirəyindən asılı vəziyyətdə tapılıb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31