Məktəbin həyətində kütləvi dava: bıçaqlananlar var

Bakının Nərimanov rayonunda kütləvi dava düşüb.

Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə 34 nömrəli orta məktəbin həyətində baş verib.

2002-ci il təvəllüdlü İsrəfilov Röyal Abas oğlu və 2006-ci il təvəllüdlü Turabov Zeynal Məmmədəli oğlu dava zamanı bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31