Avtomobillə 3 yaşlı uşağın başının üzərindən keçdi - Bakıda qəza - VIDEO

Bakıda iyunun 4-də baş verən dəhşətli hadisənin görüntüləri yayılıb. Maşını arxaya doğru hərəkət etdirən sürücü 3 yaşlı uşağın üzərindən keçib. Hadisə Abşeron rayon Qobu qəsəbəsində baş verib.

Qara rəngli "Honda" markalı avtomobilin geriyə doğru gedərkən küçədə oynayan 3 yaşlı Aqil Rəhimovun üzərindən keçib. Körpənin başı əzilib və hadisə yerində həyatını itirib.

Hadisəni törədən sürücü qonşudur. O da qeyd olunub ki, polis hadisəni törədən sürücünü saxlasa da, izahatını aldıqdan sonra sərbəst buraxıb.

Olaylar.az ARB TV-yə istinadən həmin görüntüləri təqdim edir: 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31