Abşeronda ŞOK: Ev almaq istəyən kişi ev sahibi ilə söhbət etdikdən sonra intihar edib
6 İyun 2023 10:43 HadisəAbşeronda dəhşətli intihar hadisəsi baş verib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, 1960-cı il təvəllüdlü Rəhman Quliyev Mehdiabad qəsəbəsində yerləşən 1 saylı binanın dördüncü mərtəbəsində yerləşən mənzildən özünü ataraq dünyasın dəyişib.
Məlum olub ki, Rəhman Quliyev həmin mənzili almaq istəyib. O ev sahibi Mirabbas Sadıqovla görüşərək həmən mənzilə gəlib. Ev sahibi ilə bir qədər söhbət etdikdən sonra pəncərədən özünü ataraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31