Bakıda piyada keçidində dəhşətli qəza - VİDEO
5 İyun 2023 13:58 HadisəDaxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt ərazisində piyada keçidində baş vermiş ağır qəzanın görüntülərini yayıb.
NİİM-dən Olaylar.az-a bildirilib ki, qaydaya əməl edib, piyada keçidindən istifadə edən piyadanı baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobil vurub.
Məlumata görə, hadisə bu ayın 2-də Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində qeydə alınıb.
"Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha sürücü və piyadaları yollarda diqqətli olmağa çağırır", - NİİM-dən bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31