Bakıda mağaza yanıb - VİDEO

Fövqəladə Hallar Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 45 kv.m olan mağazanın yanar konstruksiyaları 2 kv.m sahədə yanıb.

Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31