Bakıda səhər saatlarında dəhşət: Bir qardaş öldü,digəri isə...

Bakıda avtomobil aşıb.

Olaylar.az Oxu24.com-a istinadən xəbər verir ki, Səbail rayon ərazisində 1999-cu il təvəllüdlü Şiriyev Tural Araz oğlu "Rent-a-car"-dan icarə götürdüyü "Hyundai Sonata" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb və avtomobil yol kənarına aşıb.

Nəticədə Tural Şiriyev hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olmuş qardaşı 2000-ci il təvəllüdlü Turqay Şiriyev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail RPİ-də cinayət işi başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31