Bakıda sərnişin avtobusunda ölüm hadisəsi

Bakıda sərnişin avtobusunda ölüm hadisəsi baş verib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Hövsan qəsəbəsində 161 saylı xətt üzrə hərəkət edən avtobusda 1956-cı il təvəllüdlü Ziyafət Məcidov ürək tutmasından dünyasını dəyişib. Əraziyə təcili yardım briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31