Sinif yoldaşları ilə çimməyə gedən yeniyetmə çayda boğuldu - YENİLƏNİB
31 May 2023 15:48 HadisəKür çayının Yevlax rayonundan keçən hissəsində batan şəxsin kimliyi bəlli olub.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, 11 yaşlı Yusif Nuriyev çayda çimərkən dərinliyə düşüb.
Babasının sözlərinə görə, Yusif sinif yoldaşları ilə birlikdə çimməyə gedibmiş:
"Beş nəfər olublar. Yusif irəli gedib. Uşaqlar görüblər ki, batır, ağac uzadıblar, çatmayıb. Sinif yoldaşları da onu orada qoyub qaçıblar".
Hazırda Yusif Nuriyevin axtarışları davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31