Rus Dram Teatrının aktyorları qəzaya düşdü - VİDEO
30 May 2023 16:33 HadisəSəməd Vurğun adına Akademik Rus Dram Teatrının heyəti Şəkidə qəzaya düşüb.
Olaylar.az bizim.media-ya istinadən xəbər verir ki, truppanı Şəkiyə aparan avtobusun dəmir konstruksiyaya ilişməsi nəticəsində minik vasitəsinin pəncərələri sınıb.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Bununla bağlı sözügedən mədəniyyət ocağının aktyoru İbrahim Çingiz sosial şəbəkə hesabında paylaşım edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31