Biləsuvar sakini qohumunu güllələdi
24 May 2023 12:36 HadisəMayın 24-ü saat 10 radələrində 1972-ci il təvəllüdlü Biləsuvar rayon sakini Əsgər Abdullayevin xəstəxanada ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Biləsuvar rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı 1975-ci il təvəllüdlü Cavid Həmidovun rayonunun Çinarlı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı qohumu Əsgər Abdullayevi odlu silahdan atəş açmaqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cavid Həmidov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31