Lüks “Gelandewagen” Gəncədə qəzaya düşdü - FOTO
22 May 2023 13:28 HadisəGəncədə lüks avtomobil qəzaya səbəb olub.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə 2 saylı "Asan Xidmət"in yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan "Mercedes-Benz Gelandewagen" markalı minik maşını "VAZ 2106" markalı avtomobillə toqquşub. Arxadan VAZ-a çırpılan "Gelandewagen" idarəetməni itirərək yoldan çıxıb.
Qəza zamanı xəsarət alan olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31