Lənkəranda 4 maşın toqquşub, xəsarət alanlar var
18 May 2023 16:30 HadisəLənkəranda zəncirvari yol qəzası olub.
Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
90-OV-097 dövlət qeydiyyat nömrə nişanlı, "NİVA" markalı minik avtomobili, 44-BG-327 dövlət qeydiyyat nömrə nişanlı, "VAZ-2106" markalı minik avtomobili, 90-TP-707 nömrə nişanlı, "Mitsubishi Pajero" markalı avtomobil və 99-XD-943 nömrə nişanlı, "Ford Transit" markalı yük avtomobili toqquşub. Sürücülərdən biri - Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Cavid Mircavad oğlu Kazımov və piyada Gülnaz Fərman qızı Cahangirova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Mərkəzi rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31