Mərdəkanda ağır qəza, moped sürücüsü öldü - FOTO
17 May 2023 16:15 HadisəBakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində ağır yol qəzası baş verib.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, gecə saat 02 radələrində Murad Allahverdiyevin idarə etdiyi "Peugeot"la Əli Paşayevin sürdüyü moped toqquşub. Nəticədə Ə.Paşayev ağır xəssarətlər alıb və xəstəxana çatdırılsa da, az sonra vəfat edib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31