30 yaşlı kişinin başına budaq düşdü, ÖLDÜ
17 May 2023 14:49 HadisəDaşkəsəndə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 16-da rayonun Astaf kəndi ərazisində 1993-cü il təvəllüdlü Həsənov Səməd Kamandar oğlu meşə massivində ağac kəsən zaman budaq qırılıb. Bu zaman budaq onun başına düşüb və S.Həsənov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31