Təmir sexində təkər partladı, usta öldü
17 May 2023 12:47 HadisəGəncədə 41 yaşlı usta bədbəxt hadisə nəticəsində ölüb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən təkər təmiri sexlərindən birində baş verib. Şəhər sakini, 1982-ci il təvəllüdlü Elman Məmmədov işlədiyi sexdə təmir etdiyi təkərin partlaması nəticəsində boğazından xəsarət alıb. O, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31