Qohumlar arasında kütləvi dava - Xəsarət alanlar var

Ağstafa rayonunun Poylu qəsəbəsində qohumlar arasında kütləvi dava-dalaş olub.

Olaylar.az xəbər verir ki, dava zamanı 1971-ci il təvəllüdlü Elşən Bədirov qardaşı oğlu, 1990-cı il təvəllüdlü Camal Bədirovun baş nahiyəsinə kəsici-deşici alətlə xəsarətlər yetirib. Camalın qardaşı Məhəmməd isə Elşənin oğlu, 1998-ci il təvəllüdlü Elbrusa kəsici-deşici alətlə daxilə nüfuz edən xəsarətlər yetirib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

E.Bədirov və Məhəmməd Bədirov saxlanılıb. Faktla bağlı Ağstafa RPŞ-də araşdırma aparılır.

Qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31