Bakıda dəhşətli qəza: 2 nəfər yanaraq öldü
13 May 2023 10:45 HadisəBakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Binə qəsəbəsində "Şevrolet" markalı avtomobil "Lifan" və "Ford" markalı avtomobillərlə toqquşub. Zərbənin təsirindən içərisində 2 sərnişinin olduğu "Lifan" markalı avtomobil alışaraq yanıb.
Digər avtomobildə olan sürücü 25 yaşlı Əli Zülfüqarlı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
42 yaşlı Məmmədağa adlı şəxs aldığı yanıq xəsarətlərindən dünyasın dəyişib. Hadisənin təfərrüatı araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31