İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub.

Olaylar.az bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 20:17-də Heydərabad stansiyasından 30 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-nın Heydərabad, Sədərək və Şahbuz rayonlarında 3 bala qədər hiss olunub. Zəlzələnin maqnituası 4.0, dərinliyi 10 km olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31