Siyəzən rayonunda istirahət mərkəzində yanğın olub.
Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Məşrif kəndində qeydə alınıb. Mərdanov Əli Cumayil oğluna məxsus istirahət mərkəzinin 150 kvadratmetr sahəsi yanıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Hadisənin səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31