Beyləqanda Mercedes aşdı, sürücü sağ qaldı, sərnişinləri öldü
5 May 2023 10:29 HadisəBeyləqan rayonunda avtomobil aşıb, ölənlər var.
Olaylar.az report-a istinadən xəbər verir ki,hadisə mayın 4-də rayonun Qəhrəmanlı qəsəbəsindən keçən asfalt yolda qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Salahlı Əyyub Sahib oğlu idarə etdiyi "Mercedes-Benz E190" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Daha sonra maşın yoldan çıxararaq yolun sağ kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişinlər - 2001-ci il təvəllüdlü Orucov Rəşad Elxan oğlu və 1995-ci il təvəllüdlü Xudiyev Eltun İsrəfil oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb, sürücü Ə.Salahlı isə bud çanaq oynağının əzilməsi xarakterli xəsarət alıb. Onun səhhəti stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31