Lerikdə ağır qəza: qazi yaralandı, ölən var

Lerik rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun 39-cu kilometrində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza zamanı Lənkəran rayonunun Kərgəlan kənd sakini, 2004-cü il təvəllüdlü Rəvan Çingiz oğlu İbadzadə dünyasını dəyişib. Onun həmkəndliləri - sürücü, 1998-ci il təvəllüdlü Zəka Əfrahim oğlu Həmidovla 1999-cu il təvəllüdlü Amin İntiqam oğlu İbadov xəsarət alıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31