"Sprinter" vurdu, "KamAZ" aşdı - Ölənlər və xəsarət alanlar var - YENiLƏNİB
3 May 2023 15:35 HadisəBakı-Qazax yolunda ağır yol qəzası baş verib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə bu gün saat 13:05 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Kürdəmir rayonu, Sığırlı kəndi ərazisindən keçən 174-cü kilometrliyində baş verib.
"Mercedes" markalı, 90-ZD-493 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markalı, 66-BH-162 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Hadisə zamanı "Mercedes" markalı avtomobildə olan 3 nəfər sərnişin dünyasını dəyişib, 3 nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31