Cocuq Mərcanlıda çoban minaya düşərək həlak olub

Cəbrayıl rayonu Cocuq Mərcanlı ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata əsasən maldarlıq fəaliyyəti ilə məşğul olan Füzuli rayon Qazaxlar kənd sakini 1964-cü il təvəllüdlü Alışov Oktay Bayram oğlu, at ilə hərəkətdə olarkən minalardan təmizlənməmiş əraziyə keçid etmiş və tank əleyhinə mina partlayışı nəticəsində həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31