Sürücülük hüququ olmayan şəxs 11 yaşlı oğlanı vurub öldürdü
1 May 2023 10:27 HadisəSabirabadda 11 yaşlı uşağı maşın vurub öldürüb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, hadisə raonun Muğan prospektində baş verib. Şəhər sakini 1952-ci il təvəllüdlü Ələkbərov Feyruz Ayaz oğlu sürücülük hüququ olmadan idarə etdiyi özünə məxsus "Mercedes" markalı avtomobil ilə şəhərin Muğan prospektində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada Sabirabad rayonu Qalaqayın kənd sakini 2012-ci il təvəllüdlü Qasımlı Rəvan Pərviz oğlunu vurub. Azyaşlı xəstəxanada ölüb.
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə başlanılmaqla istintaq aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31