Minalı ərazidən meyitlər çıxarılaraq Tərtər rayon morquna gətirilib - FOTO + VİDEO
28 Aprel 2023 23:31 HadisəTərtərin Tapqaraqoyunlu kəndi ərazisində minaya düşən şəxslərin cəsədləri ərazidən çıxarılıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, meyitlər Tərtər rayon morquna gətirilib.
Qeyd edək ki, bu gün Tərtərdə mina partlayışı nəticəsində RPS Energy Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu (Füzuli rayonu), Gözəlov Səxavət İsmayıl oğlu (Füzuli rayonu) və Sədiyev Fərid Mehman oğlu (Sumqayıt şəhəri) həlak olub.





Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31