17 yaşlı qız özünü 14-cü mərtəbədən atdı
27 Aprel 2023 16:10 HadisəBu gün Sumqayıt şəhərində dəhşətli intihar hadisəsi baş verib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, yeniyetmə qız özünü şəhər ərazisində yerləşən çoxmərtəbəli binanın 14-cü mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən yerindəcə vəfat edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İntihar edən qızın 2006-cı il təvəllüdlü A.Tağıyeva olması müəyyən edilib.
İntiharın səbəbi və baş vermə şəraiti ilə bağlı araşdırmalara başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31